<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Günahım çox olduğundan İL441</title>
<lyrics>[V1]
 Günahım çox olduğundan
 Mən bilmirdim hara gedim,
 Yorulmuşdum bu dünyadan, heç bilmirdim mən nə edim.

[C1]
   Sən, mərhəmətli Allahım, qəbul etdin bu bəndəni,
   Xilas üçün qapı açdın, əfv etdin əməllərimi.

[V2]
 İmanda zəif olsam da, Sən mənə qüvvət verirsən,
 İmanımı, ümidimi gündən-günə böyüdürsən.

[V3]
 İsama minnətdaram mən, yeni həyat verdi mənə,
 Onu daim sevəcəyəm, buraxmaz məni əlindən.

[V4]
 Ağır yükü olanları İsa yanına səsləyir,
 Ümidi puç olanları zülmətdən nura səsləyir.

[C2]
   Rəbb İsanın gözəl İsmi yayılıbdır bu cahana,
   Müjdə gətirib dünyaya, xilas verir hər insana.</lyrics>
<hymn_number>441</hymn_number>
</song>